Azər Bağırov qərarını verdi: iki ayrılıq bir gündə
“Kəpəz” klubu heyətdə təmizlik işlərini davam etdirir.
TodayPress TV xəbər verir ki, Gəncə təmsilçisi daha iki futbolçu ilə yollarını ayırmaq qərarı verib.
Azərbaycan U-21 millisinin yarımmüdafiəçisi Raul Məmmədov və hücumçu Şahmar Aşurov klubdan ayrılacaq.
Məlumata görə, “Kəpəz”in baş məşqçisi Azər Bağırov futbolçulara özlərinə yeni klub tapmalarını bildirib.
Qeyd edək ki, “sarı-göylər” daha əvvəl polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Pedru Qomeşlə müqaviləyə xitam verib.
Namiq HUN