“Aston Villa”nı zirvəyə aparan Emeridən yeni rekord

“Aston Villa”nı zirvəyə aparan Emeridən yeni rekord
13.03.2026 09:35 İdman

Unai Emeri “Aston Villa” klubunda 100-cü qələbə həddinə çatıb.

TodayPress TV xəbər verir ki, o, bu rekorda Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Aston Villa”nın “Lill” üzərində 1:0 hesablı qələbəsi ilə imza atıb.

İspaniyalı mütəxəssis bu göstəriciyə 181 oyunda çatıb. Emeri bununla da klub tarixində 100 qələbəyə ən qısa müddətdə çatan məşqçi olub.

Qeyd edək ki, Unai Emeri “Aston Villa”ya 2022-ci ilin oktyabrından rəhbərlik edir. Birmingem təmsilçisi hazırda 29 oyundan sonra 51 xalla Premyer Liqada ilk dördlükdə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər