Arteta: ““Arsenal” çətin qrafikdə belə güclü çıxdı”
İdman
09.01.2026 13:26
“Arsenal” klubunun baş məşqçisi çətin Yeni il və Milad dövrünü dəyərləndirib.
TodayPress TV xəbər verir ki, Artetanın sözlərini klubun rəsmi saytı qeyd edib.
“Topçular”ın baş məşqçisi Mikel Arteta İngiltərə futbolunda çətin keçən bu dövrdə komandasının sınaqlarla və sıx qrafiklə layiqincə mübarizə apardığını deyib:
“Hər dəfə qalib gəlmədiyimizdə, bu xoşagəlməz olur. Amma əgər həmişə qalib gələrdiksə, onda rəqiblərimizi 15-20 xal qabaqlayardıq. Mən komandaya və oyunçulara Yeni il və Milad dövründə gördükləri işə görə tərif verməliyəm. Tələblər və oyun cədvəli inanılmaz dərəcədə çətin idi. Onların etdikləri isə sadəcə möhtəşəmdir. Beləliklə, bütün problemlərə baxmayaraq, bu dövrü uğurla keçdik və mən hesab edirəm ki, oyunçular tərif və tanınmağa layiqdirlər. Biz çətin dövrdən güclü mövqedə çıxdıq”.
Qeyd edək ki, 2025/2026 mövsümünün İngiltərə Premyer Liqasının XXI turundan sonra “Arsenal” 49 xal toplayaraq turnir cədvəlində birinci pillədə qərarlaşıb.
Namiq HUN
tag: Mikel Arteta,Arsenal,Klub,Futbol,Todaypress.tv,
