Arda Güler “Real”da tarix yazdı
“Real Madrid” klubunun yarımmüdafiəçisi Arda Güler klublararası dünya çempionatında “Paçuka” ilə matçda qol vurub.
TodayPress TV “Opta”ya istinadən xəbər verir ki, xəbər verir ki, matçın 43-cü dəqiqəsində hesabı 2:0-a çatdıran Güler son onilliyin başlanğıcından bu yana komandanın heyətində bütün turnirlərdə 10 qol vuran ən gənc “Real Madrid” oyunçusu (20 yaş 57 gün) olub.
O, bu nəticə ilə 2020-ci ildə 10 qol həddinə çatan Vinisius Junioru (20 yaş 80 gündə) geridə qoyub.
Qeyd edək ki, “Real Madrid” – “Paçuka” matçı İspaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN