“Araz-Naxçıvan” orta xətti gücləndirir
“Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
TodayPress TV xəbər verir ki, “qırmızı-ağlar” yarımmüdafiəçi Bar Cohen ilə 1 illik müqavilə imzalayıb.
Pleymeyker funksiyasını yerinə yetirən 24 yaşlı futbolçu buna qədər İsrailin “Makkabi Tel-Əviv”, “Beytar Tel-Əviv”, “Hapoel Hayfa” və “Makkabi Netanya” klublarında çıxış edib.
Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq hücumameylli yarımmüdafiəçi İsrailin U-17, U-18, U-19 və U-21 millilərində də top qovub.
Namiq HUN