APL-də çempion kim olacaq? Superkompüter danışdı

APL-də çempion kim olacaq? Superkompüter danışdı
09.02.2026 15:16 İdman

Opta superkompüteri İngiltərə Premyer Liqasında cari mövsümün çempionluq şanslarını qiymətləndirib. 

TodayPress TV xəbər verir ki, əsas favorit kimi Londonun “Arsenal” klubu göstərilib. 

“Topçular”ın çempionluq ehtimalı 91,41% olaraq qiymətləndirilir. İkinci yerdə 7,09% şansla “Mançester Siti”, üçüncü pillədə isə 1,36% ehtimalla Birmingem təmsilçisi “Aston Villa” qərarlaşıb.

Hazırda turnir cədvəlinə də “Arsenal” başçılıq edir. Mikel Artetanın komandası ikinci pillədə olan “Mançester Siti”ni 6 xal qabaqlayır.

Üçüncü sırada 47 xalla “Aston Villa”, dördüncü pillədə isə 44 xalla “Mançester Yunayted” yer alır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər