Afrika Millətlər Kubokunda intizam böhranı - CAF hərəkətə keçdi

İdman

12.01.2026 17:22

Afrika Futbol Konfederasiyası (CAF) Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində baş tutan Əlcəzair – Nigeriya və Kamerun – Mərakeş qarşılaşmalarından sonra yaşanan xoşagəlməz hadisələrlə bağlı rəsmi araşdırmaya start verib.

TodayPress TV xəbər verir ki, bəzi futbolçuların və rəsmi şəxslərin qeyri-etik davranışlarını əks etdirən videogörüntülər və hesabatlar araşdırılması üçün CAF-ın İntizam Komitəsinə təqdim olunub.

Bununla yanaşı, qurum media zonasında bəzi jurnalistlərin qeyri-peşəkar davranışlarını da nəzarətə götürüb. CAF matç rəsmilərini və turnirin təşkilatçılarını hədəf alan istənilən neqativ hərəkəti qətiyyətlə pislədiyini bildirib və günahkar şəxslərə qarşı intizam tədbirlərinin görüləcəyini bəyan edib.

Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 18-dək davam edəcək.

Namiq HUN

TodayPress TV

tag: CAF,Komitə,Qərar,Araşdırma,Todaypress.tv,