Afrika Kubokunda yeni tarix: “Real”ın ulduzundan inanılmaz rekord

İdman

10.01.2026 10:30

Madrid “Real”ının və Mərakeş millisinin hücumameyilli yarımmüdafiəçisi  Braim Dias Afrika Millətlər Kubokunda unikal rekord müəyyənləşdirib. 

TodayPress TV xəbər verir ki, o, turnirin final mərhələsində ardıcıl beş oyunda qol vuran ilk futbolçu olub.

Afrika Kuboku – 2026 turnirində Dias Mərakeş millisinin keçirdiyi bütün qarşılaşmalarda fərqlənib. O, qrup mərhələsində Komor adaları (2:0), Mali (1:1) və Zambiya (3:0) yığmalarının hər birinə bir qol vurub. Braim 1/8 finalda Tanzaniya (1:0) və 1/4 finalda Kamerun (2:0) ilə oyunlarda da adını tabloya yazdırıb.

Braim Diasın bu qollu seriyası Mərakeş millisinin yarımfinala yüksəlməsində həlledici rol oynayıb. Komanda yarımfinalda Əlcəzair — Nigeriya cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Dias İspaniyada doğulub. O, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib və əsas millidə yoldaşlıq oyunlarında forma geyinib. Lakin 2024-cü ildə idman vətəndaşlığını dəyişərək, atası tərəfdən mərakeşli kökləri olduğu üçün Mərakeş millisinin şərəfini qorumağı seçib.

Namiq HUN

TodayPress TV

tag: Afrika,Kubok,Futbol,Braim Dias,Todaypress.tv,