200 milyonluq ulduz: Yamal barədə Maradona müqayisəsi
İdman
09.02.2026 10:55
“Barselona”nın vingeri Lamin Yamalın atası Munir Nasraui sosial şəbəkələrdə oğluna həsr olunmuş paylaşım edib və onu “Barselona”nın və Argentina millisinin keçmiş futbolçusu Dieqo Maradona ilə müqayisə edib.
TodayPress TV xəbər verir ki, Yamal La Liqanın XXIII turunda “Malyorka”ya (3:0) qarşı keçirilən oyunda qol vurub.
“Sadəcə qürurlu bir atayam, hər şey üçün doğmalarıma təşəkkür edirəm”, — deyə Munir Nasraui yazıb.

Qeyd edək ki, 18 yaşlı futbolçu 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Cari mövsümdə o, klub səviyyəsində 30 oyunda iştirak edib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt portalında Yamalın bazar dəyəri 200 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Lamin Yamal,Barselona,Dieqo Maradona,Müqayisə,Todaypress.tv,
