Selçuk Bayraktaroğlu Azərbaycana səfər edəcək

Selçuk Bayraktaroğlu Azərbaycana səfər edəcək
14.09.2025 13:09 Hərbi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu Azərbaycana səfər edəcək.

TodayPress TV xəbər verir ki, Selçuk Bayraktaroğlu Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişi və Bakının bolşevik işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Türk və Azərbaycan şəhidliklərində  Selçuk Bayraktaroğlunun iştirakı ilə anım mərasimi keçiriləcək.

Daha əvvəl Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib ki, ordu generalı Selçuk Bayraktaroğlunun ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər