Rusiya nümayəndə heyəti ölkəmizdə səfərdədir

Rusiya nümayəndə heyəti ölkəmizdə səfərdədir
25.02.2026 17:15 Hərbi

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi - Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Hərbi Hava Qüvvələrində olan nümayəndə heyəti burada müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ilə görüşüb.

Görüşdə Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin komandanlığı və bir qrup dinləyicilərin iştirakı ilə keçirilən seminarda iştirak edib.

Seminarda hərbi-təhsil və elm sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

Rusiya nümayəndə heyəti ölkəmizdə səfərdədir — 1
Rusiya nümayəndə heyəti ölkəmizdə səfərdədir — 2
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər