Məxfi strategiyanın ipucu: F-47 ABŞ səmasına gəlir!

Məxfi strategiyanın ipucu: F-47 ABŞ səmasına gəlir!
24.09.2025 17:22 Hərbi

“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün yeni altıncı nəsil F-47 qırıcı təyyarəsinin istehsalına başlayıb.

Qırıcının ilk uçuşunun 2028-ci ilə planlaşdırıldığı bildirilir.

İlk prototipin istehsalına “Boeing”in mart ayında müsabiqədə qalib gəldiyini elan etməsindən cəmi bir neçə ay sonra başlanıb.

ABŞ Hərbi Hava Qüvvələri hər birinin qiyməti 300 milyon dollardan çox olan bu təyyarələrdən ən azı 185-ni almaq niyyətindədir.

Maraqlıdır, 6-cı nəsil hərbi təyyarənin ABŞ Silahlı Qüvvələri tərkibinə daxil edilməsi mövcud hərbi və siyasi gərginliklər fonunda qüvvələr balansını ABŞ üçün necə dəyişəcək? Eyni zamanda sözügedən qırıcıların hansı üstünlükləri var?

Silahlı qüvvələrin ehtiyatda olan polkovniki, hərbi ekspert Üzeyir Cəfərov bu sualları TodayPress TV üçün cavablandırıb.

O bildirib ki, “Boeing” şirkətinin ABŞ Hərbi Hava Qüvvələri üçün hazırladığı F-47 proqramı ilə bağlı açıq məlumatlar məhduddur və təyyarənin dizaynı, eləcə də taktiki-texniki göstəriciləri təhlükəsizlik səbəbilə məxfi saxlanılır. Buna görə də detallara çıxışın məhdud olması tam başa düşüləndir.

“Sirli F-47” 

“Rəsmi açıqlamalardan məlum olur ki, F-47 təxminən 1 852 km döyüş əməliyyatı məsafəsinə sahib olacaq. Bu, yeni nəsil qırıcıların – beşinci nəsildən altıncı nəslə keçidin əsas xüsusiyyətlərindən biri olaraq əməliyyat radiusunun artırılması tendensiyasını davam etdirir. Üstəlik, bəzi mənbələr bu artımın təxminən 25% səviyyəsində ola biləcəyini göstərir”. 

“Strateji üstünlüklərin qorunması” 

Ekspert əlavə edib ki, belə proqramların məxfiliyi pilotsuz uçuş aparatları, kosmik inteqrasiya və digər yüksək texnoloji sistemlərlə bağlı strateji üstünlüklərin qorunması üçün vacibdir:

“Ölkələr öz hava hücumundan müdafiə və kosmik qüvvələrini gücləndirmək üçün bu cür layihələrə investisiya qoyurlar. F-47 layihəsinin detal və dizaynının gizli saxlanması da məhz bu səbəbdəndir”.

“Amerika ordusuna yardım”

O,  vurğulayıb ki, ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərliyi F-47-nin bir sıra taktiki üstünlüklərə malik olduğunu açıqlayıb və bu üstünlüklərin Amerika ordusuna gələcək əməliyyatlarda yardım edəcəyi gözlənilir: 

“Qeyd etmək lazımdır ki, rəsmi məlumatlar məhdud olduğundan texniki dəqiqliyi təsdiq edilmiş parametr sayına əsaslanmaq lazımdır. Buna baxmayaraq, ümumi strategiya aydındır: altıncı nəsil qırıcılar hava-kosmik əməkdaşlığı, uzun məsafəli döyüş imkanlarını və avtonom/insan köməkçi sistemlərin inteqrasiyasını gücləndirəcək”.

Polkovnik əlavə edib ki, hərbi ekspertlər və analitiklər rəsmi açıqlamalarla yanaşı, proqramın gələcək təqdimatlarına və texniki sənədlərinə diqqətlə baxmalı, dünyadakı oxşar inkişafları müqayisəli təhlil etməlidirlər. F-47 proqramı məxfi saxlanılsa da, onun strateji məqsədləri və mümkün əməliyyat qabiliyyətləri ABŞ-nin gələcək hava əməliyyatlarında əhəmiyyətli rol oynaya bilər.

Nicat Osman

TodayPress TV

FOTOLAR

Məxfi strategiyanın ipucu: F-47 ABŞ səmasına gəlir! — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər