Kərim Vəliyevlə Milan Moysiloviç arasında telefon danışığı oldu

Kərim Vəliyevlə Milan Moysiloviç arasında telefon danışığı oldu
11.03.2026 17:49 Hərbi

Martın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub.

Bu baerədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, danışıq Serbiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edib, regionda cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər