HHQ-də Bayraktar kursunun buraxılış mərasimi keçirildi

Hərbi

06.03.2026 10:39

Hərbi Hava Qüvvələrinin (HHQ) nəzdində Bayraktar Teknoloji Azərbaycan Uçuş Hazırlığı Təlim Mərkəzində Bayraktar TB2 Sistemi üzrə mütəxəssislərin hazırlığı kursunun birinci buraxılış mərasimi keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

General-mayor Həsən Əlövsədov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Tədbirdə kursun əhəmiyyəti vurğulanaraq bildirilib ki, bu cür kurslar hərbi qulluqçuların ixtisaslara yiyələnməsinə, bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də peşəkarlığının artırılmasına müsbət təsir göstərir.

Buraxılış mərasiminin sonunda kursu bitirənlərə sertifikatlar təqdim olunub.

TodayPress TV

tag: MN,HHQ,Bayraktar,Kurs,Todaypress.tv,

photo
photo
photo
photo
photo