"Gizli silah”lar belə işə düşəcək: Yaxın 10 ilin proqnozu verildi!

"Gizli silah”lar belə işə düşəcək: Yaxın 10 ilin proqnozu verildi!
25.09.2025 15:57 Hərbi

Şimali Koreya lideri Kim Çen In ölkəsinin müdafiə sənayesində mühüm irəliləyişlərə nail olunduğunu bildirib.

O, bu barədə Xalqın Ali Məclisinin 13-cü sessiyasında çıxışı zamanı bildirib. 

Kim Çen In vurğulayıb ki, Şimali Koreya artıq “yeni gizli silah” əldə edib və aparılan elmi-tədqiqat işləri də ordunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. 

Maraqlıdır, Şimali Koreya liderinin qeyd etdiyi "yeni gizli silah" nə ola bilər? 

Eyni zamanda, Şimali Koreyanın silahlanması, hərbi sənayesini daha da inkişaf etdirməsi hansı ölkələrə təhlükə yaradır?  

“Pxenyanın müdafiə sənayesini gücləndirməyə yönəlib”

Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı, hərbi ekspert Elmar Hüseyn bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Kim Çen Inın son bəyanatı Pxenyanın hərbi-texnoloji sahədə yeni mərhələyə qədəm qoyduğunu göstərir. 

“Son dövrlərdə Şimali Koreya ərazisində yeni zavodların və hərbi müəssisələrin inşası kosmik peyklər vasitəsilə müşahidə olunur və bu, Pxenyanın müdafiə sənayesini gücləndirməyə yönəlib. Şimali Koreya Prezidenti Kim Çen Inın açıqlamasına görə, yeni gizli silahın yaradılmasından söhbət gedir. Əgər biz son dönəmdə Koreya ərazisinə baxsaq, yeni hərbi zavodların inşa edildiyini görərik. Bu gün Amerika həm Çinə, həm də Koreyaya qarşı plasdarm kimi istifadə etdiyi Əfqanıstandakı mövqelərindən geri çəkilməyi tələb edib. Koreya çox gözəl başa düşür ki, Şanxay Əməkdaşlıq Təşkilatından sonra Rusiya, Çin, Koreya və Hindistan bir hərbi blok yaradır. Ona görə də Amerikanın əsas maraqlarından biri mərkəzdən Asya ölkələrinə qarşı əməliyyatların başlandığı anda müdaxilələr etməkdir. Bunun müqabilində Koreya, Çinlə qarşılıqlı əlaqədə yeni nəsil nüvə silahlarının hazırlanması prosesinə start verib”.  

“Əsas nüvə başlıqlı mərmilərin hədəfə çatması ilə bağlı proyektlər hazırlanıb”

"Yeni silah sistemləri yüksək atmosfer qatlarından keçərək radar sistemlərindən yayınma qabiliyyətinə malik olacaq."

Onun sözlərinə görə, yeni silah sistemləri yüksək atmosfer qatlarından keçərək radar sistemlərindən yayınma qabiliyyətinə malik olacaq:

“Bu nüvə başlıqlı silahlara olan maneələrdən ilk əvvəl onun yalançı başlıqlarından atılan digər mərmilər, əsas nüvə başlıqlı mərmilərin hədəfə çatması ilə bağlı proyektlər hazırlanıb. Əlavə olaraq, dünyada ilk dəfə 10 min kilometr məsafədə Koreyadan dünyanın istənilən ölkəsinə pilotsuz uçuş aparatları ilə nüvə başlıqlı, kiçik tipli, lakin dağıdıcı yükü daha çox olan nüvə silahlarının hazırlanması prosesi həyata keçirilmişdi. Biz Şanxay Əməkdaşlıq Təşkilatından sonra Rusiya, Çin, Şimali Koreya, Hindistan arasında hərbi blokların, hərbi sənayenin və nüvə başlıqlı silahların istehsalı haqqında mübadilələri görürük və bu da Avropa və Amerikanın əsas marağındadır”. 

Ekspert hesab edir ki, yaxın 10 ildə ABŞ və Şimali Koreya arasında toqquşma qaçılmaz olacaq və Şimali Koreya özünün müdafiə sistemini möhkəmləndirəcək. Dənizdən nüvə daşıyıcı sualtı gəmilər, eləcə də kreyserlər inşa etməklə, Sakit Okeanda hegemonluğu həyata keçirməyə çalışacaq. 

Nicat Osman

TodayPress TV

FOTOLAR

"Gizli silah”lar belə işə düşəcək: Yaxın 10 ilin proqnozu verildi! — 1
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər