Azərbaycan və Türk generalları görüşdü - Əməkdaşlıq möhkəmləndirilir

Azərbaycan və Türk generalları görüşdü - Əməkdaşlıq möhkəmləndirilir
13.05.2026 13:21 Hərbi

Türkiyədə keçirilən "EFES-2026" çoxmillətli təlimi çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyevlə Ege Ordusu və Qarnizon komandanı ordu generalı İrfan Özsert arasında görüş keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrin iştirakı ilə keçirilən beynəlxalq təlimlərin orduların döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.

Qeyd olunub ki, bu cür tədbirlər hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasında, təcrübə mübadiləsinin genişləndirilməsində, eləcə də hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyətə malikdir.

Tərəflər həmçinin hərbi və hərbi-texniki sahələrdə həyata keçirilən birgə fəaliyyətlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Türk generalları görüşdü - Əməkdaşlıq möhkəmləndirilir — 1
Azərbaycan və Türk generalları görüşdü - Əməkdaşlıq möhkəmləndirilir — 2
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər