Azərbaycan və Gürcüstan hərbi mütəxəssisləri görüşdü

Azərbaycan və Gürcüstan hərbi mütəxəssisləri görüşdü
07.10.2025 15:15 Hərbi

Azərbaycan və Gürcüstan respublikaları Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına müvafiq olaraq, hər iki ölkənin rabitə və informasiya texnologiyaları üzrə hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib. 

TodayPress TV xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə rabitə sistemləri, informasiya texnologiyaları, server infrastrukturunun qurulması, süni intellektin tətbiqi mövzularında ətraflı fikir mübadiləsi aparılıb.

İşçi görüşündə, həmçinin birgə əməkdaşlığa dair bir sıra digər məsələlər müzakirə edilib və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Gürcüstan hərbi mütəxəssisləri görüşdü — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər