Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi
21.09.2025 02:17 Hərbi

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçıların diqqətinə çatdırılıb.

Çıxışlarda 2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edildiyi vurğulanıb.

Qürur hissi ilə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyi ilə bağlı ideyaları onun siyasi irsinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ildə həyata keçirilmiş 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatların Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya olduğu diqqətə çatdırılıb.

Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının əsrlərlə müstəqillik uğrunda mübarizəsinin rəmzi, dövlətin konstitusiya quruluşunun bütün ərazilərimizdə tam bərpa olunması, milli həmrəyliyin güclənməsi və müstəqil dövlətçilik yolunun təntənəsi olduğu izah edilib.

Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti, şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla anıblar.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 Bütün Xəbərlər