Azərbaycan Ordusunda payız-qış mövsümünə keçidlə bağlı tədbirlər görülür- VİDEO

Azərbaycan Ordusunda payız-qış mövsümünə keçidlə bağlı tədbirlər görülür- VİDEO
14.10.2025 10:22 Hərbi

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun bütün qoşun növlərində və hərbi hissələrində, o cümlədən Əlahiddə Ümumqoşun Orduda silahların, döyüş və xüsusi texnikaların, həmçinin aviasiya vasitələrinin payız-qış mövsümü istismarı rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir. 

TodayPress TV xəbər verir ki, göstərilən texniki xidmət çərçivəsində hərbi hissələrin texniki xidmət məntəqələrində texnikalar mövsümə uyğun yanacaq-sürtkü materialları ilə təmin olunur, elektrik sistemləri yoxlanılaraq zəruri xidmətlər göstərilir.

Hərbi hissələrə lazım olan ehtiyat hissələri və avadanlıqlar mərkəzləşdirilmiş şəkildə çatdırılaraq tam təminat normalarına uyğun yerinə yetirilir.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə yerinə yetirilən mövsümi xidmət tədbirləri təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla icra edilir.

TodayPress TV

FOTOLAR

Azərbaycan Ordusunda payız-qış mövsümünə keçidlə bağlı tədbirlər görülür- VİDEO — 1
Azərbaycan Ordusunda payız-qış mövsümünə keçidlə bağlı tədbirlər görülür- VİDEO — 2
Azərbaycan Ordusunda payız-qış mövsümünə keçidlə bağlı tədbirlər görülür- VİDEO — 3
Azərbaycan Ordusunda payız-qış mövsümünə keçidlə bağlı tədbirlər görülür- VİDEO — 4
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər