Azərbaycan Ordusu çoxmillətli təlimdə aktiv iştirak edir
Hərbi
14.05.2026 16:45
Türkiyədə Azərbaycanın hərbi qulluqçularının iştirakı ilə keçirilən "EFES - 2026" çoxmillətli birgə müştərək təlimi davam edir.
Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyev təlimin keçirildiyi ərazi ilə tanış olub, təlim yerlərində yaradılan şərait və yerinə yetirilən fəaliyyətlərlə maraqlanıb.
Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin bölmələri arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.
tag: MN,EFES-2026,Türkiyə,general-leytenant Azər Əliyev,Todaypress.tv,
