Azərbaycan müdafiə naziri Özbəkistana səfər etdi

Azərbaycan müdafiə naziri Özbəkistana səfər etdi
20.10.2025 18:48 Hərbi

Oktyabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə "Birlik-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Səmərqəndə səfər edib.

TodayPress TV xəbər verir ki, Səmərqənd şəhərində general-polkovnik Z.Həsənov özbəkistanlı həmkarı ilə görüşüb.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

FOTOLAR

Azərbaycan müdafiə naziri Özbəkistana səfər etdi — 1
Azərbaycan müdafiə naziri Özbəkistana səfər etdi — 2
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər