Azərbaycan hərbçiləri “Nüsrət-2025 Dəvət Təlimi”ndə iştirak edir
Türkiyənin ev sahibliyi ilə NATO və Türkiyədən hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif ölkələrdən gələn müşahidəçilərin iştirakı ilə “Nüsrət-2025 Dəvət Təlimi” keçirilir.
Bu barədə TodayPress TV-yə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.