Yevlaxda yol-nəqliyyat hadisəsi oldu - Ölən və xəsarət alanlar var

Yevlaxda yol-nəqliyyat hadisəsi oldu - Ölən və xəsarət alanlar var
09.08.2025 10:28 Hadisə

Yevlax-Mingəçevir avtomobil yolunun Hacıselli kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, 1960-cı il təvəllüdlü Nazim Əli oğlu Tağıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobil ilə 1981-ci il təvəllüldlü Asif Loğman oğlu Osmanovun idarə etdiyi “Honda CVR” markalı avtomobillər toqquşub.

Nəticədə “Honda” markalı avtomobildə olan sərnişin Xuraman Cəfərqulu qızı Xəlilova ölüb, digər iki sərnişin - Xalid Soltanməcid oğlu Xəlilov və İlahə Sehran qızı Xəlilova isə yaralı vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına daxil olub.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər