91 yaşlı qadın yanaraq öldü

91 yaşlı qadın yanaraq öldü
09.06.2026 09:34 Hadisə

Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb.

TodayPress TV xəbər verir ki, 1935-ci il təvəllüdlü, Xaldan qəsəbəsində tək yaşayan Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinin yanması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Ahıl qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər