Xəzərdə daha bir zəlzələ oldu - YENİLƏNDİ 2

Xəzərdə daha bir zəlzələ oldu - YENİLƏNDİ 2
14.04.2026 10:50 Hadisə

Xəzər dənizində bu gün 3.1 maqnitudalı dördüncü zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:21-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 25 kilometrdir.

TodayPress TV

***

10:11

Xəzər dənizində 3,8 maqnitudalı daha bir zəlzələ olub.

TodayPress TV xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:00-da qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 5 kilometrdir.

Qeyd edək ki, bu gün səhər saatlarında da Xəzər dənizində 3,1 və 3,2 maqnitudalı zəlzələlər qeydə alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər