Xətaidə mağazadan 10 min manat oğurlandı

Xətaidə mağazadan 10 min manat oğurlandı
17.06.2026 17:31 Hadisə

Xətai rayonunda mağazalardan birindən 10 min manat pul vəsaiti oğurlanıb.

Daxili İşlər Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada çalışan əvvəllər məhkum olunmuş 32 yaşlı N. Qasımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər