Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı

Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı
13.04.2026 14:57 Hadisə

Xankəndi şəhərində fəaliyyət göstərən şərab satışı mağazasında nöqsanlar aşkarlanıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, mağazada yararlılıq müddəti ötmüş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Həmçinin, sanitariya normaları və qaydalarının pozulduğu müəyyən edilib.

Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.

TodayPress TV

FOTOLAR

Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı — 1
Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı — 2
Xankəndidə mağazada yararsız məhsullar aşkarlandı — 3
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər