VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü

VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü
03.06.2026 23:30 Hadisə

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2106 və "Mitsubishi Pajero" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanın azyaşlı olduğu bildirilir, o xəstəxanaya çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər