TƏCİLİ! Neft Emalı Zavodunda yanğın başladı

TƏCİLİ! Neft Emalı Zavodunda yanğın başladı
18.06.2026 09:23 Hadisə

Neft Emalı Zavodunda yanğın başlayıb.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər