TƏBİB-in əməkdaşının bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi açıldı

TƏBİB-in əməkdaşının bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi açıldı
07.10.2025 11:42 Hadisə

Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın “bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

TodayPress TV xəbər verir kİ, aparılmış araşdırma zamanı 1988-ci il  Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə  Lamiyə Qanbayevanı  qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır. 

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər