Azərbaycanlı sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu

Azərbaycanlı sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu
18.06.2026 14:42 Hadisə

Bakının Səbail rayonu, Nizami küçəsində fəaliyyət göstərən “Bağdad” ərəb restoranının administratoru Məhəmməd Alazerejı həbs olunub.

TodayPress TV xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı şəxs azərbaycanlı sevgilisinin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunub.

Məlum olub ki, Məhəmməd Alazerejı sevgilisinin Türkiyədə olduğundan istifadə edərək, onun Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzilindən 108 min manatlıq oğurluq edib.

Qadın hadisədən xəbər tutduqdan sonra polisə məlumat verib. Polisin araşdırması nəticəsində cinayət əməlinin məhz onun sevgilisi tərəfindən törədildiyi üzə çıxıb.

Qeyd edək ki, 1999-cü il təvəllüdlü M.Azazerejı bu əməlinə görə 5 il 6 ay müddətinə azadlqıdan məhrum edilib.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər