Səbaildə 10 kiloqram marixuana aşkarlandı

Səbaildə 10 kiloqram marixuana aşkarlandı
02.09.2025 12:57 Hadisə

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı 42 yaşlı A.Həsənov saxlanılıb. Ondan 10 kiloqram tərkibi zərərli qatqılarla zənginləşdirilmiş marixuana aşkarlanıb.

 Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri maddi gəlir qazanmaq niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 

A.Həsənovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər