Berlində "Hicaba azadlıq" aksiyası keçirən xainlərin İran bayrağı ilə nə işi var?

Berlində "Hicaba azadlıq" aksiyası keçirən xainlərin İran bayrağı ilə nə işi var?
19.10.2026 17:46 Təhlil

Almaniyanın paytaxtı Berlində də “Hicaba azadlıq” adlı aksiya və yürüş keçirilib. Aksiyada iştirakçılar Azərbaycandakı vahid məktəbli geyimi ətrafında yaranan hicab məsələsini gündəmə gətiriblər. Videolarda İran bayrağının da şüarlarla birgə dalğalandırıldığı görünür.

Yaxşı, Berlində dırnaqarası “Hicaba azadlıq” aksiyası keçirən bu xainlərin İran bayrağı ilə nə işi var?


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən politoloq Yusif Bağırzadə bildirib ki, bu addımlar ayrı-ayrı mərkəzlərin ölkəmizə yönəlik siyasi təbliğatında İran amilini ön plana çıxarır:

"Bu cür aksiyaların mümkün siyasi məqsədlərindən biri daxili sosial mübahisəni beynəlxalq təzyiq vasitəsinə çevirməkdir. Ayrı-ayrı təşkilatlar konkret məsələləri beynəlxalq auditoriyaya təqdim etməklə Azərbaycan hakimiyyətinin qərarlarına təsir göstərməyə, ölkənin dünyəvilik modelini mübahisə predmetinə çevirməyə çalışırlar. İran bayraqlarının nümayişi də aksiyanın geosiyasi mesajlar daşıdığını ortaya qoyur".

Analitik qeyd edib ki, Tehranın Cənubi Qafqazda öz siyasi və ideoloji təsirini qorumaqda maraqlı olması regionun geosiyasi reallıqlarından biridir:

"Azərbaycanla İran arasında suverenlik, regional təhlükəsizlik və xarici təsir məsələlərinə dair fikir ayrılıqları da mövcuddur. Bu səbəbdən İranın dini simvollarının xaricdə Azərbaycanla bağlı aksiyada nümayiş etdirilməsi xüsusi diqqət tələb edir.
Amma məqsədindən, bu şəkildə anti-Azərbaycan təbliğatının arxasında dayanan gücün kimliyindən asılı olmayaraq bizim kimlərinsə qarşısında geri çəkilmək kimi bir niyyətimiz yoxdur və ola da bilməz. Dövlətin dünyəvi təhsil modelini və müstəqil qərarvermə hüququnu qoruması suverenlik məsələsidir və bunu hər kəs nə qədər tez anlasa, bir o qədər yaxşı olar".

O, sonda əlavə edib ki, Berlin aksiyası Azərbaycanın daxili məsələlərini beynəlxalq informasiya və ideoloji rəqabət predmetinə çevirməklə bağlı cəhdlərin olduğunu göstərir:

"Bu cəhdlərin nəticəsiz qalacağı gün kimi aydındır. Azərbaycanın öz müstəqil siyasətini qorumağa gücü də, iradəsi də var".

Jalə Rövşən 

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər