Qəzada ölən Məryəmin orqanları bağışlandı
Faciəvi şəkildə dünyasını dəyişən Məryəmin orqanları bağışlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə mərhumun bacısı, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyeva sosial şəbəkə hesabında məlumat yayıb.
O, paylaşımında bacısının sağlığında olduğu kimi, vəfatından sonra da insanlara kömək etdiyini bildirib:
"Bu gün balaca balamızı son mənzilə yola saldıq. Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını göstərdi. Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi. Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik, mənim mələyim!”
Xatırladaq ki, Məryəm iyunun 12-si saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində - Babək prospektində avtoqəza nəticəsində dünyasını dəyişib.