“Port Baku”dakı yanğın söndürüldü - VİDEO
Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin və yaşayış binasının texniki heyətinin operativ müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.
18:40
Bakının “Port Baku” ərazisində yerləşən evlərdən birində yanğın baş verib.
TodayPress TV xəbər verir ki, yanğının başvermə səbəbi və hadisə nəticəsində xəsarət alanların olub-olmaması hələlik məlum deyil.
Sözügedən görüntüləri təqdim edirik: