Ordubadda qaya uçqunu oldu - Fotolar

Ordubadda qaya uçqunu oldu - Fotolar
31.03.2026 12:30 Hadisə

Güclü yağan yağışlar nəticəsində Ordubad rayonu Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu baş verib.

TodayPress TV xəbər verir ki, yolun hərəkət hissəsinə iri qaya parçaları tökülüb.

Əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub.

Qaya parçaları ərazidən yığışdırılıb, yolda təhlükəsiz hərəkət bərpa olunub.

TodayPress TV

FOTOLAR

Ordubadda qaya uçqunu oldu - Fotolar — 1
Ordubadda qaya uçqunu oldu - Fotolar — 2
Ordubadda qaya uçqunu oldu - Fotolar — 3
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər