Oğurluq edən 2 nəfər saxlanıldı

Oğurluq edən 2 nəfər saxlanıldı
23.07.2025 18:42 Hadisə

Nizami rayonu ərazisində 3 nəfərə məxsus mobil telefonlar, içərisində 1700 manat, kart və sənədlər olan pulqabı oğurlanıb.

DİN-dən TodayPress TV-yə verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Y.Söhbətli müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində qeydə alınan daha bir oğurluq hadisəsi zamanı paytaxt sakini olan bir nəfərə məxsus 950 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən 17 yaşlı yeniyetmə də saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər