“Mercedes”in vurduğu gəncin faciəvi sonu

“Mercedes”in vurduğu gəncin faciəvi sonu
26.07.2026 09:29 Hadisə

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV Report-a istinadən xəbər verir ki, hadisə iyulun 25-də saat 22:00 radələrində rayonun Baş Göynük kəndi ərazisində baş verib.

Belə ki, Fərhad Qürbətli idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən piyadalar - 2002-ci il təvəllüdlü Mahir Teyibov və 1998 təvəllüdlü Şahin Tahirovu vurub. Nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

XƏBƏR LENTİ
26 IYUL 2026
Bütün Xəbərlər