Masazırda iki qadın qətlə yetirildi, cinayət işi başlandı - YENİLƏNDİ

Hadisə

11.04.2026 17:06

Abşeron rayonu Masazır qəsəbəsində iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

TodayPress TV

***

12:31

Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.

TodayPress TV xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və Nuranə Rüstəm qızı İsgəndərliyə (1996) kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

TodayPress TV

tag: Masazır,Cinayət,Qətl,Araşdırma,Todaypress.tv,