Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO
Bakının Köhnə Günəşli qəsəbəsində yanğın baş verib.
TodayPress TV "Axar.az"a istinadən xəbər verir ki, hadisə General Şıxlinski küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.