Kəmaləddin Heydərov Badamdarda sürüşmə sahəsinə baxış keçirdi

Kəmaləddin Heydərov Badamdarda sürüşmə sahəsinə baxış keçirdi
05.04.2026 15:18 Hadisə

Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 5-i səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əraziyə gəlib.

Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.

 TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər