Kəlbəcərdə minaya düşən hərbçilərin son durumu AÇIQLANDI
Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığını yerinə yetirən Azərbaycan Ordusuna məxsus hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.
Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, baş vermiş partlayış nəticəsində dörd nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı hərbçilər dərhal yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunublar. Bildirilib ki, onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Türkan İsgəndərli