İlham Mirzəyev infarkt keçirib – Mərkəzi Klinikadan AÇIQLAMA

İlham Mirzəyev infarkt keçirib – Mərkəzi Klinikadan AÇIQLAMA
07.09.2026 15:57 Hadisə

Ötən gün tanınmış aparıcı İlham Mirzəyev səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. O, vəziyyətinin yaxşı olmadığını bildirərək izləyicilərindən onun üçün dua etmələrini istəyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Bakupost”un sorğusuna cavab olaraq Mərkəzi Klinikadan bildirilib ki, İlham Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində xəstəxanaya qəbul olunub.

“Angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir”, - açıqlamada qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər