Gözlənilməz hava şəraiti: Bakını DOLU VURDU
Aprelin 14-ü axşam saatlarında paytaxt Bakıda qeyri-adi və gözlənilməz hava hadisəsi qeydə alınıb.
TodayPress TV xəbər verir ki, şəhərin bir neçə müxtəlif ərazisinə dolu düşüb.
Sinoptiklər tərəfindən verilən ümumi məlumatlarda hava şəraitinin dəyişəcəyi bildirilsə də, məhz paytaxt ərazisinə dolu yağacağı ehtimalı xüsusi vurğulanmadığı üçün hadisə şəhər sakinlərinin böyük təəccübünə səbəb olub.
Aysel Mətləb