Göygöldə iki avtomobil toqquşdu

Göygöldə iki avtomobil toqquşdu
01.10.2025 22:50 Hadisə
Göygöldə qəza olub.

TodayPress TV-nin məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "NİVA" ilə "UAZ" markalı kiçiktutumlu yük maşını toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər