Göygöldə festivalda xəsarət alanların SON VƏZİYYƏTİ
Göygöldə keçirilən Milli Yaylaq Festivalında taxta konstruksiyanın uçması nəticəsində 7 nəfər xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlardan 5 nəfərin müalicəsi Gəncə Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxanada davam etdirilir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd olunub ki, digər 2 nəfərə hadisə yerində və ya tibb müəssisəsində zəruri tibbi yardım göstərilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar.