Goranboydakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Goranboy rayonunun Nizami kəndi yaxınlığında gecə saatlarında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı ilkin məlumat sentyabrın 2-də gecə saatlarında daxil olub.
Hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.
FHN bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Kübra Musayeva