Goranboyda tikinti materialları mağazası yanır

Goranboyda tikinti materialları mağazası yanır
23.07.2025 21:25 Hadisə

Goranboy rayonunun Qərvənd kəndində yerləşən tikinti materialları mağazasında yanğın hadisəsi qeydə alınıb.

TodayPress TV xəbər verir ki, mağazada qəfildən başlayan yanğınla bağlı dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər