Goranboyda "Mercedes" yük maşını ilə toqquşdu - Sürücü yaralandı

Goranboyda "Mercedes" yük maşını ilə toqquşdu - Sürücü yaralandı
04.04.2026 20:30 Hadisə

Goranboyda yük və minik avtomobili toqquşub. 

TodayPress TV-nin məlumatına görə, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Meşəli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Qəza zamanı minik maşınının sürücüsü 2002-ci il təvəllüdlü T.Quliyev xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər