FHN: Parlament prospektində avtomobildə baş vermiş yanğın söndürüldü

FHN: Parlament prospektində avtomobildə baş vermiş yanğın söndürüldü
01.10.2025 09:33 Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Parlament prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər